Xəbər lenti

Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində ABŞ pilotsuz uçan aparatının endirdiyi hava zərbəsi nəticəsində 14 İŞİD silahlısı ölüb, daha 8-i yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı yerli təhlükəsizlik orqanlarına istinadən "Khaama Press" agentliyi məlumat yayıb.

Bildirilir ki, zərbə İŞİD-in Xocani rayonundakı sığınacağına endirilib. Həmçinin əməliyyat zamanı terrorçulara məxsus silah, döyüş sursatı və partlayıcı maddələr məhv edilib.




Ana səhifəyə qayıt        Baxış: 657          Tarix: 27-10-2017, 11:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma