Xəbər lenti

Şimali Koreyadan təhqir dolu açıqlama: “Nüvə müharibəsi manyakı ”

Şimali Koreya ABŞ prezidenti Donald Trampı yenə təhqir edib.

Publika.az xəbər verir ki, Şimali Koreyanın “KCNA” rəsmi xəbər agentliyi ABŞ prezidentini “çarəsi olmayan əsəb xəstəsi” adlandırıb və ruhi xəstəliyi olduğu üçün müalicəyə ehtiyacı olduğunu bildirib.

Bu açıqlamadan sonra Şimali Koreya ilə ABŞ arasındakı gərginlik iki ölkə prezidentlərinin bir-birilərinə həqarət yağdırması səviyyəsinə çatıb.

Qeyd edək ki, D.Tramp Asiya-Sakit okean məsələsində Şimali Koreyanın düşməni olan Cənubi Koreyaya səfər etməyə hazırlaşır. Pxenyan da bu səfərdən hiddətlənərək görüş öncəsi ABŞ-a təhqirlər yağdırmaq üçün şans axtarır. “KCNA” D.Trampın “Fox News” kanalına verdiyi açıqlamaya “təhqirlərin əfəndisi Tramp yenə ağzı ilə problem çıxardı” ifadəsi ilə cavab verib.

Xəbərdə D.Tramp nüvə müharibəsi manyakı kimi təqdim edilib və Şimali Koreyaya qarşı təhdidlərlə gerçək şəxsiyyətini ortaya qoyduğu bildirilib.




Ana səhifəyə qayıt        Baxış: 602          Tarix: 1-11-2017, 17:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma