Xəbər lenti

Trampa impiçmentlə bağlı XƏBƏRDARLIQ: “Səsvermə olarsa...”

ABŞ prezidenti Donald Tramp impiçment üzrə səsvermə keçiriləcəyi halda öz postunu saxlaya bilməyəcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Trampın strateji məsələlər üzrə keçmiş məsləhətçisi Stiven Bennon bildirib.

Qeyd edək ki, Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxilələri, həmçinin Trampın Rusiya ilə əlaqələri haqqında araşdırma hazırda Konqres və Federal Təhqiqatlar Bürosunda (FTB) aparılır. FTB-nin sabiq başçısı Robert Müller araşdırma üzrə xüsusi prokuror təyin edilib.

Yayda ABŞ Nümayəndələr Palatasının iki demokrat üzvü - Bred Şerman və El Qrin Trampın impiçmenti təşəbbüsü ilə çıxış edib. Onların fikrincə, Tramp Rusiya ilə əlaqələri və Rusiyanın seçki kampaniyasına müdaxiləsi ilə bağlı aparılan araşdırmanın gedişatına dəfələrlə təsir göstərib.

Lakin həm Ağ Ev, həm də Kreml Trampın Rusiya ilə əlaqələri və Rusiyanın seçki kampaniyasına müdaxiləsi ilə bağlı iddiaları rədd edir.




Ana səhifəyə qayıt        Baxış: 749          Tarix: 2-11-2017, 15:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma