Xəbər lenti

Türkiyəyə satılacaq S-400-lərin qiyməti açıqlandı

S-400 “Triumf” zenit-raket sistemlərinin çatdırılması üzrə Türkiyə ilə müqavilənin məbləği 2 milyard dolları ötür.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bu haqda “Rosteks” dövlət korporasiyasının baş direktoru Sergey Çemezov bildirib.

Onun sözlərinə görə, Türkiyə tərəfi artıq Rusiyaya ilkin ödənişi edib. Zenit-raket sistemlərinin çatdırılması iki il ərzində başlanacaq.

Qeyd edək ki, S-400-lərlə bağlı razılaşma sentyabrın ortalarında əldə edilib.

S-400 “Triumf” ən yeni böyük mənzilli zenit-raket kompleksidir. Kompleks 400 kilometrə qədər uzaqlıqda aerodinamik hədəfləri və 60 kilometrə qədər uzaqlıqda taktik ballistik hədəfləri və həmçinin 4,8 km/san-a qədər sürətlə uçan qanadlı raketləri, taktik və strateji aviasiyanın təyyarələrini, ballistik raketlərin manevr edən döyüş başlıqlarını vura bilir.

Erkən aşkar etmə radarı 600 kilometrə qədər məsafərə hədəfi aşkar edir. Raketlər 5 metrdən başlayan hündürlükdə aşağıdan uçan hədəfləri vura bilər. Müqayisə üçün deyək ki, “Patriot” yalnız ən azı 100 metr hündürlükdə hədəfləri vura bilir. Zenit-raket sistemi ilə 30 kilometrə qədər hündürlükdə olan hədəfləri məhv etmək mümkündür. Raketlərin bir neçə tipindən istifadə mümkündür, bu isə eşelonlaşdırılmış müdafiə qurmağa imkan verir.




Ana səhifəyə qayıt        Baxış: 883          Tarix: 2-11-2017, 17:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma