Xəbər lenti

 ABŞ Prezidenti Donald Tramp Asiya turnesi çərçivəsində noyabrın 7-də Koreya Respublikasına səfərə gəlib.

AZƏRTAC Koreya KİV-lərinə istinadla xəbər verir ki, D.Tramp iki günlük səfərinə ABŞ hərbi bazası olan Hamfris düşərgəsinə baş çəkməklə başlayacaq. O, bazada ABŞ və Cənubi Koreya hərbçiləri qarşısında çıxış edərək, Koreya yarımadasındakı təhlükəsizlik məsələləri barədə danışacaq.

Səfər çərçivəsində Koreya Respublikasının Prezidenti Mun Ce-in ilə görüşdə ölkə başçıları ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, Koreya yarımadasında yaranmış vəziyyəti, Şimali Koreyanın nüvə-raket təhdidlərinə qarşı birgə müdafiə mövzularını da müzakirə edəcəklər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Koreya Respublikasından sonra Çinə səfər edəcək.




Ana səhifəyə qayıt        Baxış: 894          Tarix: 7-11-2017, 10:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma