Xəbər lenti

Ankaranın yeni meri Mustafa Tuna meriyanın bundan əvvəlki mer Melih Gökçeklə işləyən bütün məmurlarının istefasını tələb edir.

Trend-in məlumatına görə, ötən gün sabiq merin bütün köməkçiləri istefa verib. 1994-cü ildən bu vəzifədə çalışan M.Gökçekin köməkçilərinin hansı səbəbdən postlarını tərk etdiyi bildirilmir.

Xatırladaq ki, noyabrın 6-da hakim Ədalət və İnkişaf Partiyasından olan deputat Mustafa Tuna Ankaranın meri seçilib. Buna qədər o, 2009-2014-cü illərdə paytaxtın Sincan bələdiyyəsinə rəhbərlik edib.




Ana səhifəyə qayıt        Baxış: 576          Tarix: 8-11-2017, 17:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma