Xəbər lenti

 

Braziliyada narkotik maddə satan qrupun 4 üzvü maşında gedərkən qəribə hadisə yaşanıb. Belə ki, maşınlarının musiqisini sonuna qədər açıb əylənərkən bir dostları da o anları Facebook vasitəsilə canlı yayımlayıb. Anidən musiqi səsi silah səsləriylə kəsilib.

Ovqat.com musavat.com-a istinadən bildirir ki, gənclər musiqinin səsini sonuna qədər açdıqları üçün onları izləyən helikopterin səsini eşitməmişdi. Mərmilərin şiddətinə görə telefonla canlı yayım edən gəncin əlindən telefon düşdü. Görüntünün yox olmasına baxmayaraq, silah səsləri davam etdi. Hadisə nəticəsində maşında olan üç nəfər həyatını itirərkən bir nəfərin ağır yaralandığı bildirildi. Gənclərin uzun bir müddətdir, narkotik satıcılığı etdiyi və polis tərəfindən təqib edildikləri bildirilir.

Görüntülərin yayımlanmasından sonra narkotik satıcılarını atəşə tutan polis vətəndaşlardan böyük təqdir alıb.




Ana səhifəyə qayıt        Baxış: 596          Tarix: 9-11-2017, 19:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma