Xəbər lenti

 

Vatikanda yerləşən gömrüksüz mallar mağazalarında və supermarketlərdə siqaretin satışına qadağa qoyulacaq.

Bu qərar Papa Frensisin təlimatı əsasında qəbul edilib.

Xəbərin verildiyi açıqlamada Dünya Səhiyyə Təşkilatının verdiyi siqaretin dünyada hər il 7 milyondan çox insanın ölümünə səbəb olma bilgisi də yer alıb.

2015-ci ildə çıxan və gizli şəkildə ələ keçirilən Vatikan sənədlərində gömrüksüz mallar mağazasındakı siqaret satışlarının ölkəyə 10 milyon avro qazandırdığı əksini tapıb.\\publika.az




Ana səhifəyə qayıt        Baxış: 578          Tarix: 9-11-2017, 23:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma