Xəbər lenti

 

Bir çox insanlar gecə saatlarında yemək yeməyi vərdiş edib.

Lakin bu olduqca ziyanlı vərdişdir. Tək ona görə deyil ki, kökəlməyə səbəb olur.

Meksika Universitetinin alimləri aşkar ediblər ki, gecə vaxtı yemək yeyən insanlarda ürək xəstəliklərinin və şəkərli diabetin riski artır.

Gecə vaxtı mübadilə prosesləri təbii olaraq ləngiyir, orqanizm dincəlir, bərpa olunur. Bu zaman qida qəbulu bu proseslərin pozulmasına səbəb olur. Bu isə öz növbəsində bəzi xəstəliklərin riskini artırır.

Mütəxəssislərin fikrinə görə, son qida qəbulu yatmazdan ən azı 2 saat əvvəl olmalıdır.\\Zee News




Ana səhifəyə qayıt        Baxış: 842          Tarix: 10-11-2017, 20:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma