Xəbər lenti

Telman İsmayılov beynəlxalq AXTARIŞA VERİLDİ - HƏBS QƏRARI

Moskvanın Basman rayon məhkəməsi iki qətlin təşkili haqqında iş üzrə azərbaycanlı iş adamı, Rusiyanın məşhur "Çerkizov" bazarının keçmiş sahibi Telman İsmayılovun qiyabi həbsi barədə qərar verib.

Publika.az xəbər verir ki, bu haqda onun vəkili Marina Rusakova “RİA-Novosti” agentliyinə bildirib.

Onun sözlərinə görə, qərar barədə şikayət edilib. Moskva şəhər məhkəməsi noyabrın 15-də şikayətə baxacaq. Rusakovanın sözlərinə görə, İsmayılov ittihamın qiyabi təqdimatı və məhkəmə iclası haqqında xəbərdarlıq edilməyib.

Vəkil bildirib ki, İsmayılov hazırda Rusiyada deyil.

2016-cı ilin sentyabrı ayında cinayət işi çərçivəsində onun qardaşı Rafiq İsmayılov həbs edilib. O həmin ilin may ayında Novorijsk şosesində Vladimir Savkin və Yuri Brilyov adlı iş adamlarının güllələməsində ittiham edilir.

Vəkilin sözlərinə görə, Telman İsmayılov həmçinin silahın qanunsuz dövriyyəsində ittiham edilir. O beynəlxalq axtarışa verilib. Vəkil bildirib ki, İsmayılov ittihamları qəbul etmir.




Ana səhifəyə qayıt        Baxış: 1 030          Tarix: 11-11-2017, 15:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma