Xəbər lenti

 

İsrailin Xadera şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr edilən bayram konserti olub. Konsert İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (Azİz) Or-Akiva şəhərində yerləşən şöbəsinin rəhbəri Lev Xaimov tərəfindən hazırlanıb.

AZƏRTAC “Azİz”in mətbuat xidmətinə istinadla xəbər verir ki, xüsusi olaraq bayram tədbirində iştirak etmək üçün Azərbaycanın populyar müğənniləri – Pərviz Bülbülə, Elvin Babazadə və Ülviyyə Babayeva İsrailə gəliblər. Müğənniləri İsrailin ən yaxşı musiqiçiləri – vaxtilə Azərbaycanda yaşamış klarnet ifaçısı Vüqar Sultanov, gitaraçalan Rafiq Əsədov, klavişdə Emin Azəri, qarmonda Vahid Quliyev müşayiət ediblər.

“Azİz”in direktorlar şurasının üzvü Şaul Siman-Tov tədbirin sonunda deyib: “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü bayramında iştirak etmək istəyənlərin hamısı zala sığmasa da, konsertin canlı yayımını 5 minədək tamaşaçı izləyib”.

İsrail Dövlətinin Azərbaycan Respublikasındakı səfirliyi tədbirin təşkilinə böyük dəstək göstərib.




Ana səhifəyə qayıt        Baxış: 418          Tarix: 11-11-2017, 21:48      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent