Xəbər lenti

 Türkiyənin Rusiyadan raket sistemləri almasına dair qərarı ölkənin suveren hüququdur.

 APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ müdafiə naziri Ceyms Mettis bəyan edib.

 “Bu Türkiyənin suveren qərardır. Bununla belə, aydındır ki  raket sistemləri NATO-nun silahları ilə uyğun gəlməyəcək. Bunu təmin etmək mümkün deyil. Türkiyə bunu nəzərə almalıdır”, deyə C.Mettis qeyd edib.

 Qeyd edək ki, Türkiyə Rusiyadan “S-400” zenit-raket kompleksləri alıb. Ölkə prezidenti Ərdoğan isə silahlara görə artıq ilkin ödənişin edildiyini təsdiqləyib.




Ana səhifəyə qayıt        Baxış: 889          Tarix: 14-11-2017, 08:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma