Xəbər lenti

Türkiyənin Van əyalətinin Muradiyə rayonunda polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində terrorçu PKK qruplaşmasına məxsus 2 ton 775 kq partlayıcı maddə aşkarlanaraq götürülüb.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bu barədə Muradiyə rayon Polis İdarəsi məlumat yayıb.

Əməliyyat Van əyalətinin Muradi rayonunun Babacan məhəlləsinin dağlıq ərazisində keçirilib. Nəticədə sənaye üsulu ilə hazırlanmış və ümumi çəkisi 150 kq. olan 15 ədəd ammonium-nitratla gücləndirilmiş kabel, partladılmaq üçün hazırlanmış 2 ton əldəqayırma partlayıcı və s. müsadirə olunub.




Ana səhifəyə qayıt        Baxış: 433          Tarix: 17-11-2017, 11:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma