Xəbər lenti

“Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin görüşündə danışıqların əsas mövzusu Suriya böhranının nizamlanması olacaq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O qeyd edib ki, o cümlədən tərəflər Suriyanın İdlib və Afrin şəhərlərindəki vəziyyəti müzakirə edəcəklər: "Suriya münaqişəsinin nizamlanması bütün tərəflərin marağındadır".

Qeyd edək ki, noyabrın 22-də Soçidə Türkiyə, Rusiya və İran dövlət başçıları danışıqlar aparacaq. Xatırladaq ki, R.T.Ərdoğan noyabrın 13-də Soçidə RF Prezidenti ilə görüşüb. (Trend)




Ana səhifəyə qayıt        Baxış: 910          Tarix: 17-11-2017, 16:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma