Xəbər lenti

Ərdoğan: “ABŞ İŞİD-ə maliyyə dəstəyi göstərir”

ABŞ İŞİD terror təşkilatına maliyyə dəstəyi göstərir.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan bildirib.

“ABŞ bizi çox məyus etdi. Dedilər ki, İŞİD-ə qarşı mübarizə aparırlar, amma özləri nə etdilər? Dollarları İŞİD-ə verdilər”, - Ərdoğan deyib.

Türkiyə prezidenti həmçinin ABŞ-ın ikitərəfli razılaşmaları daim pozduğunu qeyd edib.

“Münbicdə və Rakkada birlikdə işləməyi təklif etdik. Onlar söz verdilər ki, bu şəhərlərdə PYD-nin heç bir üzvü qalmayacaq, bizdən narahat olmamağımızı istədilər. Amma verdikləri sözü yerinə yetirmədilər. ABŞ-da rəhbərlik dəyişdi, amma hər şey əvvəlki kimi qaldı”, - Ərdoğan vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 935          Tarix: 17-11-2017, 17:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma