Xəbər lenti

 

Bu gün İtaliyada taksi sürücülərinin ümummilli tətili keçirilir.

Paytaxt Romada və digər şəhərlərdə yerli vaxtla saat 08:00-dan 22:00-dək taksi fəaliyyəti dayandırılacaq.

Sürücülər yalnız xəstə, qoca və əlil müştərilər üçün istisnalar edəcəklərini bəyan ediblər.

Taksi sürücüləri İtaliya hökumətinin taksi xidmətinin liberallaşdırılması ilə bağlı qərarına etirazını bildirir. Onların fikrincə, yeni qanun ölkə ərazisində beynəlxalq şirkətlərin, "Uber” kimi xidmətlərin işini daha da asanlaşdıracaq ki, bu da yerli taksi xidmətlərinin fəaliyyətinə mənfi təsri göstərəcək.\\Trend




Ana səhifəyə qayıt        Baxış: 605          Tarix: 21-11-2017, 20:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma