Xəbər lenti

Özbəkistan Prezidentinin mətbuat xidmətinin verdiyi məlumata görə, dövlət başçısı Şavkat Mirziyayev Cənubi Koreya Respublikasında rəsmi səfərdədir.

Şavkat Mirziyayevin Koreya Respublikasının Prezidenti Mun Ce-in ilə görüşündə siyasi, ticari-iqtisadi, energetika, neft-qaz-kimya, maliyyə-bank, sərmayə qoyuluşu, elmi-texniki, tikinti, infrastrukturların inkişafı, mədəni-humanitar və digər sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi, beynəlxalq və regional problemlər ətrafında müzakirələr aparılıb.

Qeyd olunub ki, hazırda Cənubi Koreya Özbəkistanın ən böyük investorudur. Hazırda Özbəkistanda Koreya Respublikasının kapitalının iştirakı ilə 461 müəssisə fəaliyyət göstərir. 2017-ci ilin oktyabr ayınadək mal mübadiləsinin həcmi 1,3 dəfə artaraq, 1,1 milyard dollara çatıb.

Görüşün yekunu ilə bağlı bütün sahələri əhatə edən 75 sənəd imzalanıb.

Bildirilir ki, Cənubi Koreya Özbəkistan iqtisadiyyatına 8,9 milyard dollar həcmində sərmayə qoyacaq.//AZƏRTAC




Ana səhifəyə qayıt        Baxış: 769          Tarix: 24-11-2017, 00:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma