Xəbər lenti

 Türkiyənin Azərbaycandakı səfirliyində dövlət bayrağı yarıya qədər endirilib.

 Bu barədə APA-ya səfirlikdən məlumat verilib.

 Qeyd edək ki, Misirdə məsciddə törədilən terror aktı ilə əlaqədar Türkiyə hökuməti 27 noyabrı matəm günü elan edib.

 Noyabrın 24-də Misirin Sinay yarımadasında terrorçuların məscidə hücumu nəticəsində 305 nəfər ölüb. Ölkədə üç günlük matəm elan olunub.




Ana səhifəyə qayıt        Baxış: 665          Tarix: 27-11-2017, 10:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma