Xəbər lenti

Odessada “Azərbaycan” parkında xoşagəlməz olay - Səfirlik İŞƏ QARIŞDI

Ukraynanın Odessa şəhərində tikilməsi planlaşdırılan “Azərbaycan” parkındakı löhvənin üzərinin boya ilə ləkələnməsi xuliqanlıq hərəkəti kimi qiymətləndirilməlidir. Azərbaycanın Ukraynadakı Səfirliyi bu cür xuliqanlıq hərəkətlərinin siyasiləşdirilməsini qətiyyətlə pisləyir və Kütləvi İnformasiya Vasitələrini həssas mövzulara diqqətlə yanaşmağı tövsiyə edir.

Bu barədə AzVision.az-a Azərbaycanın Ukraynadakı Səfirliyindən bildirilib.

Qeyd edirilib ki, 2012-cü ildə SOCAR şirkəti tərəfindən həmin parkın tikintisi nəzərdə tutulsa da, yaranan maliyyə çətinliyinə görə, bu günə qədər hər hansı bir abadlıq işləri görülməyib, sadəcə, sonradanməlumatlandırma löhvəsi qoyulub və bu ötən müddətdə həmin ərazi baxımsız qalıb.

"Sözsüz ki, ərazi baxımsız qaldığından, bu cür xuliqanlıq hərəkətləri qaçılmaz olur. Əgər həmin park “Azərbaycan” parkı kimi fəaliyyətə başlasaydı, ərazi nəzarətdə olardı və iki ölkənin münasibətlərini pozmağa cəhd edən bu cür xuliqanlıq hərəkətləri baş verməzdi.
Azərbaycanın Ukraynadakı Səfirliyi baş verən xuliqanlıq hərəkəti ilə bağlı Odessa şəhərinin icra strukturları ilə əlaqə saxlayıb və araşdırma aparılır"-, deyə səfirlikdən bildirilib




Ana səhifəyə qayıt        Baxış: 718          Tarix: 27-11-2017, 16:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma