Xəbər lenti

 ABŞ müdafiə nazirliyi kürd döyüşçülərdən ibarət "Suriya Demokratik Qüvvələri"ni (SDQ) silahlandırmaqda davam edir.

 APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Robert Menninq gündəlik brifinqdə deyib.

 Onun sözlərinə görə, Pentaqon hazırda kürd dəstələrinə hərbi dəstəyin göstərilməsində prioritetlərin dəyişməsi mümkünlüyünü nəzərdən keçirir. “Əsas odur ki, İŞİD silahlıları Suriya ərazisinə dönə bilməsin”, deyə R.Menninq qeyd edib.

 Xatırladaq ki, noyabrın 24-də Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu bildirmişdir ki, ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bundan sonra Suriyadakı kürd qruplaşmalarına silah verməyəcəklərini bəyan edib.




Ana səhifəyə qayıt        Baxış: 694          Tarix: 28-11-2017, 09:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma