Xəbər lenti

 Rusiya “Vostoçnıy” kosmodromundan “Soyuz 2.1b” raket daşıyıcısını kosmosa buraxıb.

Axar.az xəbər verir ki, raket daşıyıcısı kosmosa 19 peyk aparıb. Bu peyklər içərisində ən böyüyü Rusiyaya məxsus Meteor-M №2-1 olub. Digər 18 ədəd kiçik ölçülü peyk isə Rusiya (1 ədəd), Kanada (1), Norveç (1), Yaponiya (1), İsveç (1), ABŞ (12) və Almaniyaya (1) aid olub.

Qeyd edək ki, Meteor-M №2-1 peyki Meteor-3M kosmik kompleksinin 3-cü aparatıdır. Bu kompleks qlobal hidrometeoroloji informasiyaların əldə olunması, ozon qatının və kosmik məkanda radiasiya şəraitinin nəzarətdə saxlanılması üçün nəzərdə tutulub




Ana səhifəyə qayıt        Baxış: 699          Tarix: 28-11-2017, 10:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma