Xəbər lenti

Pentaqon PKK-nın qolu olan PYD ilə iş birliyini davam etdirəcək.

"Report"un məlumatına görə, bu barədə "Haberturk" xəbər yayıb.

Məlumata görə, ABŞ-ın Müdafiə Nazirliyi PYD ilə iş birliyini davam etdirmək niyyətindədir. Belə ki, hərbi qurum kürd separatçılarına hərbi yardımın nəzərdən keçirdiyini açıqlayıb. 

Bununla yanaşı, PKK-nın digər qoluna da silahların verilməsinin məhdudlaşdırıldığı bildirilir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl PKK-nın Suriya qolu sayılan YPQ-ə silah-sursatın verilməyəcəyinə dair qərar qəbul edib. 




Ana səhifəyə qayıt        Baxış: 447          Tarix: 28-11-2017, 11:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma