Xəbər lenti

"Əgər "heç nə dəyişməsə, ABŞ Şimali Koreyaya müharibə elan edəcək".

“Report” xəbər verir ki, bu barədə amerikalı senator Lindsi Qrem CNN-in efirində deyib.

Qremin sözlərinə görə, əgər Şimali Koreya raket sınaqlarına son qoymasa, ABŞ bunu dayandırmaq üçün müharibəyə başlamaq məcburiyyətində qalacaq.

Qrem hesab edir ki, müharibə vəziyyətdən heç də ən yaxşı çıxış yolu deyil, lakin bununla belə Kim Çen Ina Birləşmiş Ştatların materik hissəsinə raket zərbəsi endirmək imkanı vermək olmaz.




Ana səhifəyə qayıt        Baxış: 761          Tarix: 29-11-2017, 12:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma