Xəbər lenti

 ABŞ və Cənubi Koreya KXDR-nin raket sınaqları fonunda tarixin ən böyük hərbi təlimlərinə başlayır.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, "Vigilant ACE" kod adı altında keçiriləcək təlimlərə təqribən 230 təyyarə, o cümlədən Amerikanın altı "F-22" gözəgörünməz qırıcıları cəlb olunacaq.

Cənubi Koreya Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərdə məqsəd Vaşinqton və Seul hərbi alyansının Şimali Koreya təxribatlarına qarşı iradə və bacarıqlarını nümayiş etdirməkdir.




Ana səhifəyə qayıt        Baxış: 668          Tarix: 4-12-2017, 07:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma