Xəbər lenti

Telekanalın mühasirəsi davam edir - Nazirdən TƏHDİD

Radikallar Kiyevdə “NewsOne” telekanalının binasını mühasirədə saxlamaqda davam edirlər.

Publika.az xəbər verir ki, bu haqda telekanalın saytında bildirilir.

“Radikallar “NewsOne” telekanalının binasının ətrafından heç bir yerə getməyiblər”, - xəbərdə deyilir.

Telekanal dünən axşam saatlarında mühasirəyə alınıb. Radikallar bunu kanalın siyasətindən razı olmaması ilə izah ediblər. Bundan başqa, Ukrayna Ali Radasının deputatı, telekanalın rəhbəri Yevgeni Murayevdən üzr istənilməsi tələb edilir. Kanalın rəhbəri daha əvvəl Maydan hadisələrini dövlət çevrilişi adlandırıb. Telekanal isə bunu söz azadlığına hücum kimi qiymətləndirir.

Ukrayna prezidenti Pyotr Poroşenko telekanal binasını mühasirəyə alanlardan söz azadlığını qorumağı xahiş edib.

Ukrayna Jurnalistlərinin Milli İttifaqının başçısı Sergey Tomilenko telekanalın mühasirəyə alınmasını KİV-ə təzyiq kimi qiymətləndirib. O həmçinin qeyd edib ki, Ukrayna hakimiyyəti jurnalistlərin lazımlı müdafiəsini təmin etmir.

Daxili işlər naziri Arsen Avakov radikalları telekanalının mühasirəsini dayandırmağa çağırıb. O söz verib ki, polis səlahiyyətləri daxilində lazımı addımlar atmaqdan çəkinməyəcək.




Ana səhifəyə qayıt        Baxış: 703          Tarix: 4-12-2017, 17:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma