Xəbər lenti

 

Rusiya Prezidenti Vladimir Putin Ədliyyə Nazirliyinin səlahiyyətlərini artırıb.

Ovqat.com Trend-ə istinadən xəbər verir ki, dövlət başçısının müvafiq fərmanına uyğun olaraq nazirlik xarici agent funksiyasını daşıyan xarici KİV-lərin reyestrini aparacaq.

Xatırladaq ki, noyabrın 25-də Vladimir Putin KİV haqqında qanunvericiliyə dəyişiklikləri təsdiq etmişdi. Yeni qanunvericilik xaricdən maliyyələşən kütləvi informasiya vasitələrini xarici agent kimi tanımağa imkan verir. Beləliklə, bəzi KİV-lərə xarici agent statusunun verilməsi ilə onlara qarşı bir sıra məhdudiyyətlər tətbiq ediləcək.




Ana səhifəyə qayıt        Baxış: 786          Tarix: 4-12-2017, 18:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma