Xəbər lenti

 

"Time" jurnalı ənənəvi "İlin adamı" adına namizədlərin adlarını açıqlayıb.

Ovqat.com Trend-ə istinadən bildirir ki, siyahıda "Amazon" saytının təsisçisi Ceff Bezos, ABŞ-lı rejissor, "Möcüzə-qadın" filminin müəllifi Petti Cenkins və amerika futbolu oyunçusu, ABŞ-da polis zorakılığına etiraz olaraq himn çalınarkən ayağa qalxmaqdam imtina edən Kolin Kapernik yer alıb.

Siyahıda siyasi fiqurlar arasında Şimali Koreya lideri Kim Çen In, Çin prezidenti Si Tszinpin, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salman və ABŞ Federal Təhqiqatlar Bürosunun keçmiş rəhbəri Robert Müller də yer alıb.

ABŞ prezidenti Donald Tramp da iki dəfə "İlin adamı" olmaq təklifindən imtina etsə də, siyahıya salınıb.




Ana səhifəyə qayıt        Baxış: 821          Tarix: 4-12-2017, 19:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma