Xəbər lenti

Xəzəryanı ölkələr Xəzər dənizində xarici dövlətlərin silahlı qüvvələrinin yerləşdirilməməsinə dair razılıq əldə edib.

"Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Xəzəryanı ölkələrin XİN başçılarının görüşündə iştirak etmək üçün Moskvaya gəldikdən sonra iranlı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, indiyə qədər Xəzər məsələsi üzrə 49 ekspert görüşü keçirilib və xarici işlər nazirlərinin qarşıdan gələn Moskva görüşündə iştirakçılar Astanada Xəzər sammitinin keçirilməsi məsələsini müzakirə edəcəklər.

M.C.Zərif həmçinin əlavə edib ki, Xəzərin hüquqi statusu haqqında Konvensiyaya dair müzakirələrdə böyük irəliləyişlər əldə olunub.




Ana səhifəyə qayıt        Baxış: 845          Tarix: 5-12-2017, 12:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma