Xəbər lenti

Rusiyalı milyarder, Dağıstandan olan senator Süleyman Kərimov çirkli pulların yuyulması məqsədilə Fransaya 750 milyon avro keçirib.

Bunu vergidən yayınmaqda ittiham olunan Süleyman Kərimovun işini araşdıran Fransanın Nitsa şəhərinin prokuroru Jan Mişel Pretr açıqlayıb. Bildirilir ki, pullar hər birində 20 milyon avro olmaqla, çemodanlarda daşınıb. Pullar Sahilyanı Alp Departamenti vasitəsilə sərhəddən keçirilib.

Pulların "yuyulması" daşınmaz əmlakın satın alınması ilə icra edilib. Bu məqsədlə Fransanın Rivyera şəhərində 4 villa alınıb.

Qeyd edək ki, “Forbes”un məlumatına əsasən sərvəti 6,9 milyard dollar həcmində hesablanan Süleyman Kərimov noyabrın 20-də Nitsa hava limanında fransız polisi tərəfindən saxlanılıb. 

APA




Ana səhifəyə qayıt        Baxış: 453          Tarix: 5-12-2017, 15:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma