Xəbər lenti

                                              

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-leytenant Aykaz Baqmanyan vəzifəsindən azad edilib.

Novosti Armeniya bildirir ki, prezident Serj Sarkisyan bununla bağlı müvafiq fərman imzalayıb.

Bundan əvvəl A.Baqmanyanın müdafiə naziri Vigen Sarkisyanın məsləhəti ilə istefa ərizəsi yazdığı barədə xəbər yayılmışdı. Daha dəqiq desək, bunu jurnalistlərə açıqlamasında Vigen Sarkisyan özü demişdi. Müdafiə naziri bunu A.Baqmanyanın xidməti vəzifəsinin öhdəsindən gələ bilməməsi ilə bağlı olduğunu bildirmişdi.//Virtualaz.org




Ana səhifəyə qayıt        Baxış: 429          Tarix: 5-12-2017, 22:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma