Xəbər lenti

Rusiya “raket qatarı” layihəsini dayandırdı

Rusiya “Barquzin” dəmir yolu raket kompleksinin hazırlamasını qeyri-müəyyən müddətə dayandırıb.

Publika.az xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndəsi “RİA-Novosti” agentliyinə bildirib.

Ancaq Müdafiə Nazirliyi bu layihədən tamamilə imtina etməyi planlaşdırmır.

“Ehtimal ki, layihə dayandırılacaq, amma ondan tamamilə imtinadan söhbət getmir. Sadəcə qeyri-müəyyən vaxta dayandırılır”, - agentliyin həmsöhbəti deyib.

KİV-in məlumatına görə, 2016-cı ildə “Barquzin”də raketlərin atış sınaqlarının birinci mərhələsi müvəffəqiyyətlə həyata keçirilib.

“Barquzin” zahirən adi yük qatarından fərqlənmir. Onun vaqonlarında 30 döyüş başlığı ilə 550 kiloton gücdə olan üç qitələrarası ballistik raket yerləşdirilir. Bundan başqa, onun içində nəzarət məntəqələri, texnologiya və texniki sistemlər, əlaqə vasitələri və şəxsi heyətin yerləşdirilməsi nəzərdə tutulur.

“Raket qatarı” kompleksi nüvə müharibəsi təhlükəsi halında patrul xidmətinə başlayır və başqa dəmiryol heyətləri ilə birləşir.




Ana səhifəyə qayıt        Baxış: 647          Tarix: 6-12-2017, 17:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma