Xəbər lenti

                                                             

“Qüds (Yerusəlim) şəhəri bütün müsəlmanların göz bəbəyidir”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İordaniya kralı Abdullahla mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.

Türkiyə prezidenti bildirib ki, Qüds şəhərinin hüquqi statusunu dəyişdirəcək addım atılmamalıdır: “Qüdsün statusu ilə bağlı atılacaq hər hansı yanlış addım islam dünyasında hiddətə səbəb olacaq. Qüdsün müqəddəsliyi və tarixi statusunun mühafizəsi məsələsində İordaniya ilə mövqeyimiz eynidir”.

Ərdoğan Qüds şəhəri ilə bağlı dünya ölkələrinə müraciət edib: “Qüdsün Birləşmiş Millətlər Təşkilatının qərarları ilə müəyyən edilmiş hüquqi statusunu dəyişdirəcək istənilən addımdan uzaq durulmalıdır. Şəxsi istəklərə görə sayı milyarddan çox olan müsəlmanların taleyi ilə oynamağa heç kimin haqqı yoxdur”.

İordaniya kralı isə deyib ki, Qüdslə bağlı narahatlığını ABŞ prezidenti Donald Trampa çatdırıb.

Qeyd edək ki, ABŞ prezidenti D.Tramp bu gün Qüdsün İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edəcək. ABŞ prezidentinin müvafiq bəyanatı bu gün Bakı vaxtı ilə saat 22.00-da səsləndiriləcək.

Xatırladaq ki, ərəb ölkələrinin liderləri ABŞ prezidentinin niyyətini tənqid ediblər. Avropa İttifaqı isə D.Trampın bu qərarının Yaxın Şərq probleminin həlli istiqamətində səylərə xələl gətirə biləcəyi ilə bağlı xəbərdarlıq edib. Türkiyə prezidenti isə elan edib ki, ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanısa, İsraillə diplomatik əlaqələr kəsiləcək.//AzPolitika




Ana səhifəyə qayıt        Baxış: 449          Tarix: 6-12-2017, 21:40      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent