Xəbər lenti

                                                        

Rusiya ABŞ-ın nümunəsi ilə hərəkət edərək Təl-Əvivdə yerləşən səfirliyini Qüdsə köçürməlidir.

Bu barədə İsrailin Qüds İşləri üzrə naziri Zeev Elkin danışıb.

“Qüds bizim paytaxtımızdır, olub və həmişə belə qalacaq. Bu mənada ABŞ Prezidenti Donald Trampın dünən elan etdiyi qərar tamamilə təbiidir. Ümid edirəm ki, bir çox ölkə liderləri də bunun izi ilə hərəkət edəcəklər. Yeri gəlmişkən Rusiya Qüdsü İsrailin paytaxtı olaraq tanıdığını bəyan edib. Yalnız ABŞ səfirliyini deyil, Rusiya səfirliyini də Qüdsə köçürmək qərarı barədə düşünməyin zamanı gəlib”, – nazir bildirib.

Qeyd edək ki, Rusiya aprel ayında Qüdsün qərbini İsrailin, şərqini isə Fələstinin paytaxtı olaraq tanıdığını açıqlayıb.//Axar.az




Ana səhifəyə qayıt        Baxış: 957          Tarix: 7-12-2017, 21:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma