Xəbər lenti

                                                             

ABŞ 2018-ci ilin əvvəlində Əfqanıstanda əlavə olaraq hərbi briqada yerləşdirməyi planlaşdırır. Ovqat.com-un “RİA Novosti”yə istinadla verdiyi görə, bu barədə ABŞ Hərbi-Hava Qüvvələrinin briqada generalı Lans Banç bildirib. Onun sözlərinə görə, amerikalı hərbçilər “Taliban” silahlıları ilə mübarizədə yerli qüvvələrə yardım edəcək.

Onun sözlərinə görə, Əfqanıstanda əlavə qüvvələrin yerləşdirilməsinə dair qərar ABŞ administrasiyasının bu ölkəyə dair yeni strategiyası çərçivəsində qəbul edilib.

Hazırda Əfqanıstanda 14.500-dək amerikalı hərbçi xidmət edir.




Ana səhifəyə qayıt        Baxış: 621          Tarix: 12-12-2017, 23:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma