Xəbər lenti

                                                     

Yaponiyanın “Ispace” şirkəti Ayda su axtarışı məqsədilə Yerin bu peykinə enəcək iki aparatın hazırlanmasına başlayacaq. NHK telekanalı xəbər verir ki, “Ispace” şirkəti həmin layihənin maliyyələşdirilməsi üçün 12 investisiya şirkəti tərəfindən 89 milyon dollar vəsait ayrılacağı barədə məlumat yayıb.

Ayda su ehtiyatlarının axtarışı üzrə missiyanın 2019-2020-ci illərdə həyata keçirilməsi planlaşdırılır. Astronavtların burada sudan istifadə edəcəkləri və eyni zamanda, kosmik aparatın idarəsi üçün hidrogen və oksigendən faydalanacaqları gözlənilir.Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dekabrın 11-də NASA-nın əməkdaşlarına Marsa pilotlu uçuşların həyata keçirilməsinə hazırlıq məqsədilə Ayda stansiyanın inşası barədə göstəriş verib.//AZƏRTAC




Ana səhifəyə qayıt        Baxış: 745          Tarix: 15-12-2017, 00:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma