Xəbər lenti

 ABŞ “Orta və kiçik mənzilli raketlərin ləğvi” haqqında müqaviləyə tam əməl edir və əksinə Rusiyanın sazişin bəndlərini pozduğunu hesab edir.

 APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqon rəsmini Conni Maykl bildirib.    

 “Müdafiə Nazirliyi  “Orta və kiçik mənzilli raketlərin ləğvi” haqqında müqavilənin öhdəliklərinə uyğun olaraq fəaliyyət göstərir. Əksinə, ABŞ hökuməti Rusiyanın müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri pozduğunu müəyyənləşdirib”, - deyə C.Maykl bildirib.  

 Qeyd edək ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bundan əvvəl bildirmişdi ki, ABŞ-ın raket əleyhinə müdafiə sistemlərini Yaponiyada yerləşdirməsi Vaşinqtonun “Orta və kiçik mənzilli raketlərin ləğvi” haqqında müqaviləni pozmaq deməkdir.  




Ana səhifəyə qayıt        Baxış: 483          Tarix: 29-12-2017, 07:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma