Xəbər lenti

 Rusiyanın RT agentliyi İŞİD terrorçularının Suriyanın Rakka şəhərindən qaçması görüntülərini əldə edib.

Axar.az xəbər verir ki, videogörüntüləri PYD nümayəndələri agentliyə ötürüb. Qruplaşma üzvlərinin bildirdiyinə görə, 3 minə yaxın terrorçu şəhəri tərk edib.

“İŞİD-çilər Deyr əz-Zora yollanıblar. Ondan sonra isə hara getdikləri bəlli deyil. Mən gördüm ki, döyüşçülər avtobus və yük maşınları ilə getdilər. Onlar ailələrini də götürdülər”, - deyə bildirilib.

Digər YGP-çi isə bunları deyib:

“Mən taxıl anbarında işləyirdim. Birdən gördüm ki, İŞİD-çilər şəhəri tərk edir. Onlar çox idi. Lakin biz qorxmurduq”.

Məsələyə münasibət bildirən Livan Universitetinin müəllimi Camal Vakim vurğulayıb ki, sözügedən video ABŞ-ın terrorçulara şəhəri tərk etmək üçün şərait yaratdığını sübut edir.




Ana səhifəyə qayıt        Baxış: 661          Tarix: 31-12-2017, 08:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma