Xəbər lenti

ABŞ müdafiə nazirliyi ölkənin yeni hərbi strategiyasını yanvarın 19-da açıqlayacaq.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mettis bəyan edib.

Onun sözlərinə görə, ictimaiyyət yalnız sənədin qeyri-məxfi hissəsi ilə tanış ola biləcək. "Strategiyanın qısa və qeyri-məxfi variantı dərc ediləcək”, deyə C.Mettis qeyd edib.

2017-ci ilin sonunda ABŞ-ın yeni milli təhlükəsizlik strategiyası açıqlanıb. Sənəddə əsas diqqət Rusiya, Çin, KXDR, İran və Yaxın Şərqə yetirilib. 




Ana səhifəyə qayıt        Baxış: 761          Tarix: 6-01-2018, 15:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma