Xəbər lenti

"Meksikada keçiriləcək prezident seçkilərində "Rusiyanın müdaxiləsi"nin əlamətləri var".

"Report" "The Hill"ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster deyib.

Onun sözlərinə görə, ABŞ Rusiyanın kiber alətlərdən yararlanaraq dağıdıcı fəaliyyət, yanlış məlumatlar və təbliğatlar üzrə mürəkkəb kampaniyalardan istifadə etməsindən narahatdır.

Müşavir həmçinin Kataloniyanın müstəqilliyi ilə bağlı keçirilən "referendum"un da Rusiyanın müdaxiləsinə məruz qaldığını vurğulayıb.

Qeyd edək ki, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo daha əvvəl Rusiyanın 2018-ci ildə ABŞ Konqresinə keçiriləcək seçkilərə də müdaxilə etməyə çalışacağını bildirib.




Ana səhifəyə qayıt        Baxış: 758          Tarix: 8-01-2018, 11:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma