Xəbər lenti

"Azərbaycanın müstəqilliyi və istiqlaliyyəti uğrunda mübarizənin dönüş nöqtələrindən birinə çevrilmiş 20 yanvar qırğını heç vaxt unudulmayacaq. Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Bundan 28 il əvvəl canlarını bu yolda fəda edən şəhidlərimizi rəhmətlə anır, bu acı günündə qardaş Azərbaycanın kədərini bölüşürük".

Türkiyənin Azərbaycandakı səfirliyindən Strateq.az saytında daxil olan məlumatda belə deyilir.

Xəbərdə o da bildirilir ki,  20 Yanvar Milli Matəm Günü münasibətilə yanvarın 19-dən 20-nə keçən gecə Türkiyənin Azərbaycandakı səfirliyində, Naxçıvan və Gəncə Konsulluqlarında və Türk Şəhidlik Məzarlığında bayraqlar yarıya endiriləcək.

Strateq. az




Ana səhifəyə qayıt        Baxış: 1 268          Tarix: 19-01-2018, 17:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma