Xəbər lenti

                   

Çinin şimal-qərbindəki Sian şəhərində nəhəng hava təmizləyicisi test rejimində işə düşüb.

Bu barədə  “South China Morning Post” xəbər verir.

Qurğu yüz metrlik qüllə şəklində hazırlanıb. Hava sistemə daxil olduqdan sonra Günəş enerjisi ilə qızdırılmaqla qüllə üzrə yuxarı hərəkət edir və bir çox filtrdən keçir. Sistem ətrafında inşa edilmiş istilik stansiyalarının hesabına fəaliyyət göstərir.

Hava təmizləyicinin yaradıcıları dünyada bunun analoqunun olmadığını iddia edirlər.

Nəşrin yazdığına görə, Sian Çinin ən çirkli şəhərləri sırasında ilk onluqda qərarlaşıb.//Report

                             




Ana səhifəyə qayıt        Baxış: 721          Tarix: 20-01-2018, 18:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma