Xəbər lenti

ABŞ prezidenti Donald Tramp müsəlmanlara nifrət etdiyi barədə yayılan məlumatları yalan adlandırıb.

Trend-in məlumatına görə, amerikalı lider bu barədə Böyük Britaniya televiziyasına müsahibəsində deyib. “Müsəlmanlardan nifrət edirsinizmi?” – sualına D.Tramp “Yox, bu yalandır” – deyə cavab verib.

ABŞ prezidenti əlavə edib: “Mən bütün insanları sevirəm, amma əgər insanlar pisdirsə, bunun üçün cəza olmalıdır. Mənim müsəlmanlarla yaxşı münasibətlərim var və mən prezident seçkiləri ərəfəsində müsəlmanlardan dəstək görmüşəm”.




Ana səhifəyə qayıt        Baxış: 497          Tarix: 29-01-2018, 17:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma