Xəbər lenti

“ABŞ təkid edir ki, Rusiya orta və kiçik mənzilli raketlərin qadağası haqqında müqavilə çərçivəsində öhdəliyi yerinə yetirsin”.

“Röyters” xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mettis Konqresin Nümayəndələr Palatasında dinləmələrdə çıxışında deyib.

“Müqavilənin Rusiya tərəfindən pozulması problemi var. İstəyirik ki, Rusiya müqavilənin normalarına riayət etməyə qayıtsın və bu müqavilədən imtina etmək niyyətində olmasını bəyan etsin. Amma Rusiya öz yolu ilə getməyə davam edəcəyi halda, bizim tətbiq edəcəyimiz variantlar var”, – nazir bildirib.

Mettis daha sonra qeyd edib ki, ABŞ orta və kiçik mənzilli raketlərin qadağası haqqında müqavilədən (RSMD) çıxmağa hazırlaşmır.

RSMD müqaviləsi 8 dekabr 1987-ci il SSRİ lideri Mixail Qorbaçovun ABŞ-a səfəri zamanı imzalanıb. Müqavilə tərəflərə 500 kilometrdən 5,5 min kilometrə qədər uçuş məsafəsi olan ballistik raketlərə və qanadlı raketlərə malik olmağı qadağan edir. Rusiya və ABŞ müqavilənin pozulmasında qarşılıqlı şəkildə bir-birini ittiham edir. ABŞ-ın narahatlığı “İskəndər-M” 9K720 raketlərindən başqa “Rubej” RS-26 yeni strateji raketlərlə bağlıdır. Sonuncu orta uzaqlıqlı raket hesab edilir. Sınaqlardan keçirilən “Rubej”in uçuş məsafəsi təxminən 6000 kilometr təşkil edir və bu onu qitələrarası raket hesab etməyə imkan verir/Publika.az.




Ana səhifəyə qayıt        Baxış: 566          Tarix: 7-02-2018, 11:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma