Xəbər lenti

Türkiyə ordusu bu gün səhər Afrində daha bir bölgə mərkəzini və iki kəndi PYD terrorçularından təmizləyib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə ordusu Azad Suriya Ordusu ilə birlikdə Racu  bölgə mərkəzini, o cümlədən  Ramadiyyə və Hamilek kəndlərini də terrorçularından azad edib: 

"Bundan başqa bir neçə strateji təpəlik də terrorçulardan təmizlənib. Xeyli terrorçu məhv edilib, türk ordusunun qarşısında duruş gətirə bilməyən bir çox terrorçular isə Afrinin mərkəzinə doğru geri qaçıblar. Hazırda Türk ordusu ərazidə basdırılmış minaları təmizləyərək, addım-addım mərkəzə doğru irəliləyir".

Strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 823          Tarix: 3-03-2018, 15:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma