Xəbər lenti

Türkiyə ordusu "Zeytun budağı" əməliyyatının 44-cü günü Afrində Şeyx Hadid bölgə mərkəzini, o cümlədən Hacı Xəlil, Halilo, Kura, Aranda, Soğulcak və Bafliun kəndlərini də PYD/YPG-dən azad edib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla da Türkiyə ilə həmsərhəd olan və hazırda PYD/YPG-nin işğalında olan Cenderisə gedən yol da türk ordusunun nəzarətinə keçib: "Bu o deməkdir ki, mühasirədə olan Cenderisə YPG/PYD kömək göndərə bilməyəcək və yaxın günlərdə bu bölgə də terrorçulardan təmizlənəcək".

Son məlumata görə, bu günə qədər 2668 terrorçu məhv edilib.

 




Ana səhifəyə qayıt        Baxış: 602          Tarix: 5-03-2018, 11:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma