Xəbər lenti

2006-cı ildə Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

BBC-nin verdiyi məlumata görə, 66 yaşlı S.Skripal və onun yanında olan bir qadın naməlum zəhərli maddənin təsirinə məruz qalıblar. Hadisədən dərhal sonra ticarət mərkəzi dezinfeksiya üçün polis tərəfindən əhatəyə alınıb.

Hazırda Böyük Britaniyanın hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 716          Tarix: 6-03-2018, 11:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma