Xəbər lenti

BMT-nin Myanma hökumətini Rajhayn ştatına humanitar çıxış təmin etməyə çağırmasına baxmayaraq, Myanmada rohinca müsəlmanlarına qarşı etnik təmizləmə və onların evlərindən qovulması davam edir.

Bu barədə BMT-nin baş katibinin insan hüquqları üzrə köməkçisi Endryu Gilmor bildirib.

Onun sözlərinə görə, rohinca etnik millətinin nümayəndələrinə qarşı zülm insanların evlərindən köçməsi üçün terror və aclıq kampaniyası ilə müşayiət olunur.

Daha əvvəl BMT Baş katibi Antoniu Quterriş Myanmada etnik rohinca millətinin nümayəndələrinin zorla evlərindən çıxarılmasını etnik təmizləmə adlandırıb və Myanma hökumətini Rakhayn ştatına maneəsiz çıxış imkanı yaratmağa, beynəlxalq ictimaiyyəti isə Banqladeşə qaçanlara dəstək təmin etməyə çağırıb.

Xatırladaq ki, ötən il avqustun 25-də Rakheyn ştatında rohincalarlarla yerli polis arasında toqquşmalar baş verib. Təhlükəsizlik gücləri bölgədə hərbi əməliyyata başlayıb. Rəsmi rəqəmlərə görə, qarşıdurmalarda 400-dən çox adam ölüb. BMT-nin məlumatlarına görə, Myanmadan Banqladeşə, təqribən, 690 min rohinca müsəlmanı qaçıb/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 497          Tarix: 6-03-2018, 14:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma