Xəbər lenti

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 12-də Rusiyaya üçgünlük rəsmi səfər edəcək.

"Reuters" xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy məbuat konfransında bildirib.

“Türkiyə Rusiya ilə münasibətlərə böyük əhəmiyyət verir. Bizim xarici işlər naziri martın 12-14-də Moskvaya rəsmi səfər edəcək. Səfər zamanı iki ölkə arasında yüksək səviyyədə Əməkdaşlıq Şurasının iclasına hazırlıq müzakirə olunacaq”, – o, vurğulayıb. 

H.Aksoy həmçinin Mövlud Çavuşoğlunun martın 14-də ABŞ-a rəsmi səfərə gedəcəyini də söyləyib: "Türkiyə XİN başçısı martın 18-də ABŞ dövlət katibi Reks Tillersonla görüşəcək".

Sözçü deyib ki, martın 8-9-da Türkiyə və ABŞ nümayəndələri arasında Birləşmiş Ştatların Suriyada terrorçu PKK/YPG-PYD-yə silah-sursat və hərbi texnika verməsi məsələsi müzakirə ediləcək. 

 




Ana səhifəyə qayıt        Baxış: 606          Tarix: 6-03-2018, 17:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma