Xəbər lenti

Türkiyə Silahlı Qüvvələri və "Azad Suriya Ordusu" Afrin bölgəsinin mərkəzinin 10 kilometrliyindədir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə KİV-ləri hərbi mənbələrə istinadən yazır.

Qeyd olunur ki, "Zeytun budağı" əməliyyatı çərçivəsində indiyədək 700 kv.km ərazi terrorçulardan azad edilib.

Həmçinin 147 yaşayış məntəqəsi tam nəzarətə götürülüb.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrinin mərkəzi istiqamətində hücuma keçməyin vaxtı çatdığını bəyan etmişdi.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

 




Ana səhifəyə qayıt        Baxış: 709          Tarix: 7-03-2018, 13:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma