Xəbər lenti

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 2940 nəfərə çatıb.

Trend-in məlumatına görə, ötən sutka ərzində PYD, YPG və İŞİD terror təşkilatlarının 68 üzvü məhv edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

 




Ana səhifəyə qayıt        Baxış: 749          Tarix: 7-03-2018, 15:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma